İstanbulda Türkiyə, Rusiya Federasiyası və Ukrayna Müdafiə Nazirliklərinin hərbi heyətləri ilə Birləşmiş Millətlər Təşkilatının nümayəndə heyətləri arasında taxıl dəhlizinə dair danışıqlar başa çatıb.

"Unikal" türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

***17:25

İstanbulda Türkiyə, Rusiya Federasiyası və Ukrayna Müdafiə Nazirliklərinin hərbi heyətləri ilə Birləşmiş Millətlər Təşkilatının nümayəndə heyətləri arasında taxıl dəhlizinə dair danışıqlar başlayıb.

"Unikal" xarici  KİV-ə istinadən xəbər verir ki,  bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti  məlumat yayıb. 

Qeyd olunub ki, görüş Kalender Qəsrində keçirilir.

***15:18

Bu gün Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş başlayıb.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, artıq nümayəndələr İstanbul şəhərindədir.

Bildirək ki, bu, dördlü formatda baş tutan ilk görüşdür.