Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden vəzifədə olduğu vaxtdan bəri ilk dəfə Yaxın Şərq turnesinə çıxıb.

"Unikal" xəbər verir ki, iyulun 13-də o, İsrailin Ben Qurion hava limanına gəlib.

Təyyarədən enən Ağ Ev rəhbəri bir az çaşqınlıq içində olub və ondan sonra nə etməli olduğunu söyləməyi xahiş edib. İnternetdə yayımlanan görüntülərdə Baydenin təhlükəsizlik xidmətindən bundan sonra hara getməsi ilə bağlı sual verməsi əksini tapıb. 

Baydenin səfəri zamanı İsrailin baş naziri Yair Lapid, prezident Yitzhak Hersoq, habelə hökumət üzvləri və ölkənin digər rəsmilərinin iştirakı ilə qarşılanma mərasimi planlaşdırılır.