Avropa Komissiyası (AK) Gürcüstana Avropa İttifaqına (Aİ) namizəd statusunun verilməsi məsələsinə baxılmasını 2023-cü ilə qədər təxirə salmaq qərarına gəlib.

"Unikal" xəbər verir ki, bunu Avropa Parlamentinin iclasında çıxış edən AK-nin rəsmi nümayəndəsi Maykl Rupp deyib.

Əvvəlcə Tbilisinin Aİ-yə inteqrasiyasının növbəti mərhələsi məsələsinə 2022-ci ilin dekabrında baxılacağı planlaşdırılırdı. Komissiyanın sözçüsü təxirə salınma qərarının "diqqətli siyasi müzakirələrdən" sonra verildiyini izah edib.

“Biz Gürcüstanın siyasi elitasını eyni danışıqlar masası arxasına oturmaq və islahatlar üzərində diqqətlə işləmək üçün depolarizasiyaya nail olmaq cəhdində tələsməməyə qərar verdik”, - deyə Rupp qeyd edib. Aİ-yə daxil olmaq üçün islahatlar üzərində diqqətlə işləyir.