Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının (BMT) hərbi nümayəndə heyətləri taxılın Ukraynaya təhlükəsiz daşınmasını müzakirə etmək üçün bu gün İstanbulda bir araya gəlib.

"Unikal" xəbər verir ki, Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar açıqlama verib. 

O, "Dördtərəfli görüşdə limanın çıxış və gəliş nöqtələrində ortaq nəzarət, transfer yollarında naviqasiya təhlükəsizliyinin təmin edilməsi kimi texniki məsələlərdə razılıq əldə olunub" deyib.

Ukraynanın xarici işlər naziri Dimitro Kuleba bu gün verdiyi açıqlamada taxıl dəhlizinin son mərhələdə olduğunu və bu mərhələdən sonra hər şeyin Rusiyanın addımlarından asılı olduğunu bildirib.

Akar, gələn həftə Ukrayna və Rusiya nümayəndə heyətləri yenidən Türkiyədə görüşəcəyini bildirib. Nazirin sözlərinə görə, görüşlərin davam edəcək.

"Ukrayna və Rusiya nümayəndə heyətləri gələn həftə Türkiyədə yenidən bir araya gələcək və bütün detallar nəzərdən keçiriləcək və gördüyümüz işlər imzalanacaq"

İstanbulda koordinasiya mərkəzinin yaradılacağını qeyd edən Akar Ukrayna taxılına dair dördlük toplantısında İstanbulda tərəflərin nümayəndələrinin yerləşəcəyi koordinasiya mərkəzinin yaradılacağının razılaşdırıldığını bildirib. 

Gültəkin Ələsgər