İsraildə səfərdə olan ABŞ prezidenti Co Bayden Tel-Əvivdəki çıxışında Holokostla bağlı yanlışlığa yol verib.

"Unikal" xəbər verir ki, o, şərəf və dəhşət sözlərini qarışdırıb.

“Mən Holokostun həqiqətini və şərəfini yaddaşımda saxlamağa davam edirəm...” – deyə dövlət başçısı bəyan edib və dərhal da “Holokostun dəhşətləri”ni deyərək öz səhvini düzəldib.

Qeyd edək ki, iyulun 13-dən 16-dək Bayden Yaxın Şərq turu çərçivəsində İsrail, İordan çayının qərb sahili və Səudiyyə Ərəbistanına səfər edəcək.