Latın Amerikası ölkəsi Qvatemalada yerləşən Fueqo vulkanı püskürüb.

"Unikal" xəbər verir ki, Qvatemala Vulkanologiya İnstitutundan (İnsivumeh) edilən şərhdə, paytaxt Qvatemaladan təxminən 35 kilometr uzaqlıqda olan vulkanın ötən bazar günündən bəri aktiv olduğu ifadə edilərək, “Avadanlıq qeydləri püskürmədə artım təsbit etdi. 

Saatda 2-dən 5-ə qədər partlayış olub. Orta və ya güclü təkanlar müşahidə edilir.

İnsivumeh həmçinin xəbərdarlıq edib ki, vulkanda aktivliyin artması bir və ya bir neçə dağ keçidinə lava axınına səbəb ola bilər. Demək olar ki, davamlı olaraq aşağı səviyyədə aktivliyi ilə məşhur olan vulkanın atdığı kül və tüstünün qərb və cənub-qərb istiqamətində 10-15 kilometr məsafəyə qədər getdiyi qeydə alınıb.
Mülki Müdafiə sözçüsü Rodolfo Qarsiya verdiyi açıqlamada vulkanın yerləşdiyi bölgədəki yaşayış məntəqələrində boşalma olmadığını və hadisələri yaxından izlədiklərini söylədi.

3 iyun 2018-ci ildə Fueqo vulkanının püskürməsi nəticəsində 215 nəfər ölüb, 57 nəfər yaralanıb.