Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl-Səud ilə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
Danışıq zamanı liderlər qarşılıqlı olaraq Qurban bayramını təbrik edib, ikitərəfli münasibətlər və regional məsələlərə dair müzakirələr aparıblar.