Rusiyanın Primorsk diyarında kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

"Unikal" xəbər verir ki, bölgədəki Vladivostok və Artyom xəstəxanalarına uşaq düşərgəsində qida zəhərlənməsi şübhəsi ilə 35-i uşaq olmaqla ümumilikdə 36 nəfər gətirilib.

Hazırda xəstəxanaya gətirilənlərin həyatları üçün təhlükənin olmadığı, onların vəziyyətinin stabil olduğu vurğulanıb.