Türkiyədə havada temperaturun 40 dərəcəni ötməsi yenidən meşə yanğınlarına səbəb olub. 

"Unikal"-ın "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, Mersinin Anamur rayonunda yanğının söndürülməsinə 2 təyyarə, 5 helikopter və 20 yanğınsöndürən maşını cəlb olunub.Hatayın Antakya rayonunda Habibi Neccar dağı ətəklərindəki yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə başlayıb.

Menderes rayonunda yanğının artıq nəzarət altına alındığı, soyutma işlərinin aparıldığı bildirilib.Bu gün saat 14.30 radələrində isə İzmirin Menderes rayonunda tarlada başlayan yanğın küləyin də təsiri ilə meşəyə keçib. Yanğının söndürülməsinə 2 təyyarə, 3 helikopter və 13 yanğınsöndürən maşın cəlb olunub.