“Əl-Qaidə”nin keçmiş lideri Usamə bin Ladenin ailəsi şahzadə Çarlzın təsis etdiyi Uels Şahzadəsinə Yardım Fonduna 1,2 milyon dollar bağışlayıb.

"Unikal“ xəbər verir ki, bu barədə "The Sunday Times” qəzeti yazıb.

Qəzetin yazdığına görə, İngiltərə vəliəhdi Çarlzın qurduğu Uels Şahzadəsinə Yardım Fonduna 2013-cü ildə 1,2 milyon dollar ianə edilib. Pulu 2011-ci ildə ABŞ qüvvələri tərəfindən öldürülən Bin Ladenin ögey qardaşları Bəkr bin Laden və Şəfiq bin Laden yatırıb.

Onun məsləhətçiləri Şahzadə Çarlzı ianəni qəbul etməmək barədə xəbərdar ediblər. İman Uels Şahzadəsi Çarlzın rəsmi iqamətgahı olan Klarens Hausdan verilən açıqlamada təsdiqlənib.

Açıqlamada ianəni qəbul etmə qərarını şahzadənin deyil, xeyriyyə təşkilatının rəsmilərinin geniş araşdırmalardan sonra verdiyi bildirilib.

Uels Şahzadəsi Xeyriyyə Fondu 1979-cu ildə Uels Şahzadəsi Çarlz tərəfindən yaradılıb.

Vəliəhd şahzadə Çarlz iyun ayında Qətərin keçmiş baş naziri Hamad bin Casim Al Sanidən içərisində 3 milyon dollar nağd pul olan çantaları qəbul etdiyi iddiası ilə gündəmə gəlmişdi. Şahzadə Çarlz və Bəkr bin Ladenin 2001-ci ildə ABŞ-da 11 sentyabr hücumlarından cəmi iki həftə sonra nahar etdikləri məlum olub.

St James's Sarayından verilən açıqlamada, naharın Şahzadə Çarlzın rəhbərlik etdiyi Oksforddakı İslam Araşdırmaları Mərkəzinə dəstək məqsədi ilə aylar əvvəldən planlaşdırıldığı bildirilib.