Taxıl və digər ərzaq məhsullarının daşınması müqaviləsi çərçivəsində Ukrayna limanlarından qarğıdalı yüklü ilk gəmi bu gün saat 09:30-da Livana getmək üçün Odessa limanından yola düşüb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Bildirilib ki, Syerra-Leone bayrağı altında üzən "Razoni" adlı quru yük gəmisi Livana doğru hərəkət edəcək. İlk gəminin ardınca digər gəmilərin də müəyyən edilmiş dəhlizlər və marşrutlar çərçivəsində yola çıxması planlaşdırılır.