Əfqanıstanın Zabul və Qəndəhar əyalətlərində son 3 gündə baş verən daşqınlar nəticəsində 18 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Talibanın müvəqqəti hökumətinin Təbii Fəlakətlərlə Mübarizə Nazirliyinin sözçüsü Məhəmməd Nəsim Hakkani məlumat yayıb.

O bildirib ki, Zabul və Qəndəhar əyalətlərində son 3 gündə 10-u Taliban üzvü olmaqla, ümumilikdə 18 nəfər sel fəlakətində həyatını itirib.