ABŞ-ın sabiq Prezidenti Donald Tramp vergidən yayınmaq üçün birinci həyat yoldaşını Nyu-Cersidə özünəməxsus qolf klubunda dəfn edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Cersi ştatının qanunlarına görə, dəfn üçün ərazisini verən torpaq sahibləri daşınmaz əmlak və şəxsi əmlak vergiləri, gəlir vergisi və satış vergisindən azad olunurlar.

Qeyd edək ki, Donald Tramp və İvana Tramp 1977-1992-ci illərdə ailəli olublar. 73 yaşlı İvana Tramp iyulun 14-ü pilləkəndən yıxıldıqdan sonra aldığı xəsarətlərdən ölüb.