Ukrayna Təhlükəsizlik Xidməti Xerson vilayətində psevdoreferendumun təşkilində iştirak edən rusları ifşa edib.  

 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti "Telegram"da məlumat yayıb.

"SBU Rusiyanın Xerson vilayətində psevdoreferendum planlarını ifşa edib. Bu psevdosəsvermə hesabına ruslar Ukraynanın cənubunun bir hissəsinin Rusiya Federasiyasının tərkibinə daxil edilməsini qanuniləşdirməyə ümid edirlər. Onlar artıq saxta referenduma hazırlıq konsepsiyasını hazırlayıblar və tarixlərə istinad edərək əsas iş istiqamətlərini müəyyənləşdiriblər".