Neft İxrac Edən Ölkələrin Təşkilatının (OPEK) yeni baş katibi Haysam əl-Qays avqustun 1-dən etibarən vəzifəsinin icrasına başlayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə OPEK-in mətbuat xidməti məlumat yayıb. 

Bildirək ki, o, OPEK-in 2022-ci il yanvarın 3-ü keçirilmiş xüsusi iclasında üç il müddətinə bu vəzifəyə təyin olunub.

Əl-Qays 2016-cı ildən bu vəzifədə çalışan və iyulun 5-i vəfat etmiş Məhəmməd Barkindonunu əvəz edib.