Liviyanın Bint Baya bölgəsində yanacaq daşıyan tankerin aşması nəticəsində partlayış baş verib.

"Unikal" xəbər verir  ki, baş verən partlayışda tankerdən sızan yanacağı toplamaq üçün hadisə yerinə gələn 7 nəfərin həyatını itirdiyi, 51 nəfərin isə yaralandığı bildirilib.

Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe Liviya Səhiyyə Nazirliyinə yaralıların vəziyyətini izləmək və yaralıları xəstəxanaya göndərmək üçün helikopterlər göndərməyi tapşırıb.