Ermənistan Polisinin Daxili Təhlükəsizlik İdarəsində araşdırma aparılıb.

"Unikal"  xəbər verir  ki, bu barədə erməni mediası məlumat yayıb.  

Məlumata görə, araşdırmalar nəticəsində polis əməkdaşlarına qarşı 83 intizam tənbehi tətbiq edilib.

Ermənistan polis əməkdaşları tərəfindən yol verilmiş qanun pozuntuları faktları əsasında Daxili Təhlükəsizlik İdarəsi tərəfindən 25 xidməti araşdırma materialı hazırlanaraq müzakirə olunmaq üçün istintaq orqanlarına göndərilib.

2022-ci ilin 1-ci semestrində Ermənistan Polisində İntizam Komissiyasının 3 iclası çağırılmış, iclasda 18 polis əməkdaşı ilə bağlı aparılmış 17 xidməti araşdırma bəndi müzakirə edilib. 

İntizam Komissiyasının qərarı ilə Ermənistan Polis rəisinin əmri ilə 18 polis əməkdaşına intizam tənbehi verilib, o cümlədən 3 polis əməkdaşına “şiddətli töhmət” verilib, 15 nəfər isə Ermənistan polisində xidmətdən xaric edilib. 

Gülayə Mecid