Hindistanın Madhya Pradeş ştatında xəstəxanada yanğın baş verib. 

"Unikal" xəbər verir ki, hadisə nəticəsində 5-i xəstə, 3-ü səhiyyə işçisi olmaqla cəmi 8 nəfər həyatını itirib.

Yanğında 12 nəfər yaralanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.