"Nüvə müharibəsində qalib yoxdur və bu, heç vaxt açılmamalıdır".

"Unikal" İnterfaksa istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Nüvə Silahlarının Yayılmamasına dair Müqavilənin (NPT) fəaliyyətini nəzərdən keçirmək üçün konfrans iştirakçılarına müraciətində bildirib.

Prezidentin qeyd etdiyi kimi, Rusiya NPT-nin iştirakçısı olan dövlət və onun depozitarilərindən biri olmaqla “ardıcıl olaraq Müqavilənin mətninə və ruhuna əməl edir”.

Putin onu da vurğulayıb ki, ABŞ-la nüvə silahlarının azaldılması və məhdudlaşdırılmasına dair ikitərəfli sazişlərin bir hissəsi olaraq Rusiya bütün öhdəliklərinə tam əməl edib.

"Biz nüvə müharibəsində qaliblərin ola bilməyəcəyindən çıxış edirik və bu, heç vaxt açılmamalıdır", - o vurğulayıb və əlavə edib ki, Moskva dünya birliyinin bütün üzvləri üçün bərabər təhlükəsizliyin tərəfdarıdır.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden qeyd etmişdi ki, Vaşinqton Moskva ilə 2026-cı ildə fəaliyyətini dayandıracaq START-3 müqaviləsini əvəz edəcək yeni silahlara nəzarət sistemini müzakirə etməyə hazırdır.