"Taxılla yüklənmiş ilk gəmi Ukraynanın Odessa limanından yola düşüb".

"Unikal" "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Dünyanın diqqətlə izlədiyi taxıl böhranından çıxmaq üçün atılan addımın ölkəmizin səylərinin məhsulu olduğu hər kəs tərəfindən qəbul edilir. İndi bu gün bir addım atıldı, gəmilər yola düşdü. Biz bu prosesi sağlam saxlamaq üçün əlimizdən gələni edirik", - Ərdoğan bildirib.