Küveyt əmiri Şeyx Мəşəl əl-Əhməd əl-Caber əs-Sabah bazar ertəsi günü 12 nəfərdən ibarət hökumətin yaradılması haqqında fərman verib.

"Unikal" xəbər verir ki, bu barədə Küveytin "Əl-Kabas" qəzeti hökumətin mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb. 

Nəşrin məlumatına görə, artıq yeni hökumət formalaşıb. 

Uzun illərdir ki, Küveytdə seçilmiş Parlamentlə Əmir tərəfindən təyin olunan Hökumət arasında qarşıdurma səngimir. Aprel ayında Baş nazir Şeyx Sabah Xalid əl-Həməd Əl-Sabahın rəhbərlik etdiyi hökumət istefasını vəliəhd Şeyx Məşəl əl-Əhməd əl-Sabaha təqdim edib. Baş nazir belə bir addımı parlamentdə ona etimadsızlıq məsələsi ilə bağlı nəzərdə tutulan səsvermədən əvvəl atıb. Mayın 10-da dövlət başçısı Baş nazirin və hökumətin istefasını qəbul edib. 

Qeyd edək ki, ötən ayın 22-də ölkədə parlament də vəliəhd tərəfindən buraxılıb. Şahzadə Мəşəl əl-Əhməd əl-Caber əs-Sabah parlamenti növbədənkənar seçkilər keçirməyə çağırıb.

Ağarza Elçinoğlu