Rusiyanın Moskva vilayətində yerləşən “Ozon” elektron ticarət platformasının anbarında baş vermiş güclü yanğın nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

"Unikal" gazeta.ru-ya istinadən xəbər verir ki, yaralılardan ikisi zəhərlənib, onlar dərhal xəstəxanaya çatdırılıb.

Digər yaralılara hadisə yerində yardım göstərilib.

Yanğının ümumi sahəsinin 35 min kvadrat metr olduğu bildirilir.

14:14

Rusiyada dəhşətli yanğın hadisəsi qeydə alınıb.

"Unikal" xəbər verir ki,  Moskvada yerləşən OZON anbarında yanğın başlayıb.  Əraziyə xilasedici  qüvvələr sövq edilib. 

Yanğının baş vermə səbəbi hələlik məlum deyil.