Moskva Şəhər Məhkəməsi Rusiya tarixində ən böyük rüşvət işi üzrə təqsirli bilinən Dövlət Dumasının deputatı Vadim Belousovun axtarışa verilməsi barədə qərar çıxarıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, Moskva Şəhər Məhkəməsi bildirib ki, Belousov “hökmün elan edilməsi üçün üzrlü səbəb olmadan gəlmədiyinə və harada olduğunu müəyyən etmədiyinə görə” axtarışa verilib.