İsveçrə də Rusiyadan qızıl idxalına sanksiyalar tətbiq edib.

"Unikal" “Reuters”-ə istinadən xəbər verir ki, bu barədə Avropa sanksiyalarının “qızıl paketi” iyulun sonunda qəbul edilib.

Lakin bu paket Rusiyaya qarşı əvvəlki altı sanksiyadan əhəmiyyətli dərəcədə yüngül olub. Belə ki, qızıl külçələrinin idxalına qoyulan qadağa simvolik xarakter daşıyır. Çünki maliyyə sanksiyaları çərçivəsində qızıl ticarəti hələ qışda dayandırılmışdı.