Türkiyənin İstanbul şəhərində silahlı hücum olub.

"Unikal" "Haber Global"a istinadən xəbər verir ki, Esenyurt rayonunda 3 nəfər odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Hadisə yerinə təcili yardım xidməti və polis əməkdaşları cəlb edilib. Yaralılar xəstəxanaya aparılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hücumu həyata keçirən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbirlərinə başlayıb.