İtaliyada hava limanında qəribə hadisə baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Milan şəhərində yerləşən hava limanında özünü əlil kimi göstərən sərnişinin əlil arabasına gizlədilən 13 kiloqram narkotik maddə aşkar edilib.

Əlil arabasında narkotik aşkar etdiyinə reaksiya verən narkotik itinin hərəkətindən sonra özünü əlil kimi göstərməyi öyrənən sərnişin ayağa qalxaraq yeriməyə başlayıb.

Polis stulunu bıçaqla parçalara ayırıb. Baxış zamanı kreslonun üzlüklərinin arasında gizlədilmiş narkotik vasitələr aşkar edilib.

Hadisəni törədən şəxs polislər tərəfindən saxlanılıb.

Aynurə Xudaverdiyeva