Tayland Kralı  Maha Vajiralongkornu təqlid  edərək,  geyimlərini  ələ salan 23 yaşlı  qadın 2 il müddətinə  azadlıqdan məhrum edilib.

“Unikal” xəbər verir ki, bu barədə Banqkok Cənub Cinayət Məhkəməsi qərar qəbul edib.  Bildirilir ki, 2020-ci ilin oktyabrında monarxiya islahatı tələbi ilə etiraz aksiyası çərçivəsində keçirilən moda nümayişində  Kralı ənənəvi geyimdə gəzdiyinə görə ələ salan Jatuporn "New" Saeoueng adlı qadının işinə xitam verilib.  

Jatuporn açıqlamasında Kralı  təqlid etmək və ya kral ailəsini ələ salmaq üçün deyil, rahat hiss etdiyi üçün həmişə ənənəvi geyim geyindiyini söyləsə də, məhkəmə onu "Krala xəyanət" ittihamı ilə 2 il həbs və 1500 Tayland bahtı cərimələyib. 

Digər tərəfdən, ölkədəki hüquq müdafiə təşkilatlarının nümayəndələri və fəallar Jatupornun azadlığa buraxılmasını tələb ediblər.

Gülər Bayramova