Rusiyada son sutkada daha 44 045 nəfər COVID-19-a yoluxub.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 20 157 143 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 101 nəfər artaraq 385 530-a yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 19 144 853 nəfər sağalıb.