Ukrayna hərbçiləri bu gün səhər saatlarında Rusiyanın daha bir "Su-25" hücum təyyarəsini məhv edib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb. 

Qeyd olunub ki, təyyarə Xerson vilayəti üzərində vurulub: "Sentyabrın 19-da səhər saat 8 radələrində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin zenit-raket bölməsi Rusiya işğalçı qüvvələrinə məxsus "Su-25" hücum təyyarəsini məhv edib", - məlumatda deyilir.

Ağarza Elçinoğlu