Rusiya hakimiyyəti Gürcüstanla sərhəddə növbə gözləyənləri orduya cəlb etmək qərarına gəlib. Belə  ki, sərhəd keçidində səfərbərlik hərbi komitəsi işləyəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Şimali Osetiya Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, tezliklə Gürcüstanla sərhəddə yerləşən “Yuxarı Lars” keçid məntəqəsində Hərbi Komissarlığın səfərbərlik məntəqəsi yerləşdiriləcək.

Əvvəllər bildirilirdi ki, Gürcüstan daha çox rusu buraxmaq üçün keçid məntəqələrini xüsusi rejimə keçir.

Gülayə  Mecid