Yeni Zelandiya hökuməti Ukraynaya qarşı genişmiqyaslı təcavüzünə görə Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Yeni Zelandiya Xarici İşlər Nazirliyinin rəhbəri Nanai Mahutanın sözlərinə görə, yeni sanksiya siyahısına 19 nəfər daxil edilib.

Onların arasında Rusiya nazirləri, Rusiya Təhlükəsizlik Şurasının üzvləri, Putinin qohumları, Çeçenistan rəhbəri Ramzan Kadırov da var.

O əlavə edib ki, sadalanan şəxslər Putinin ətrafındakı təsir şəbəkəsinin bir hissəsidir və öz mövqelərindən Ukraynanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmək üçün istifadə ediblər.

Nazir həmçinin Rusiyanın işğal olunmuş Ukrayna ərazilərində psevdoreferendumlar keçirməsini tənqid edib və bunu beynəlxalq hüququn əsas normalarının pozulması adlandırıb.

Gülayə Mecid