"Vaşinqton Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya ilə Ukrayna adından danışıqlara getməyəcək , bunu birbaşa Kiyev və Moskva etməlidir"

"Unikal" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə bildirib.

“Biz açıq şəkildə bildirdik ki, ABŞ hökuməti Ukraynanın da daxil olduğu başqa heç bir ölkənin adından danışıqlar aparmaq rolunu öz üzərinə götürmür”.

Praysın fikrincə, hazırkı münaqişəyə son qoymaq üçün dialoq və diplomatiyaya imkanı varsa, Rusiya və Ukrayna bundan istifadə etməlidir.

“Biz Ukrayna ilə bağlı qərar qəbul etmək niyyətində deyilik”, o əlavə edib.

Gültəkin