Fransa prezidenti Emmanuel Makron Rusiyanı Qafqaz regionunda və onun hüdudlarından kənarda sabitliyi pozmaq üçün Ermənistan və Azərbaycan arasında son toqquşmaları qəsdən törətməkdə ittiham edib.

"Unikal" "Reuters"ə istinadən xəbər verir ki, Ermənistan və Azərbaycan arasında 2020-ci ildən bəri ən şiddətli döyüşlər sentyabr ayında baş verib, nəticədə 200-dən çox insan həlak olub.

Makron "France 2" televiziyasına müsahibəsində bildirib ki, Moskva son aylarda Azərbaycanın xeyrinə gərginliyi artırıb: "Son iki ildə sərhəddə baş verənlər... Sərhədin təhlükəsizliyini təmin etmək üçün orada 5 min rus əsgəri olmalı idi, (amma) ruslar bir neçə əsrlik tarixi olan bu münaqişədən istifadə etdilər. Baş verənləri görürsünüzmü? Bu, sabitliyi pozmaq cəhdidir, o, hamımızı sabitsizləşdirmək üçün Qafqazda iğtişaşlar yaratmaq istəyir", - Makron bildirib.

Keçən həftə Makron Praqada Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişellə görüşüb və bu görüş zamanı vəziyyəti qiymətləndirmək üçün Aİ-nin mülki missiyasının ölkələrin sərhədinə göndərilməsi qərara alınıb.

Ağarza Elçinoğlu