Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin Astanada keçirilən görüşü başa çatıb.

"Unikal" xəbər verir ki, Türkiyə və Rusiya liderlərinin görüşü 1,5 saat davam edib.

*** 13:59

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Görüş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində keçirilir.