Poltava vilayətində iki Ukrayna təyyarəsi qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Dmitri Luninin verdiyi məlumata görə, təyyarələr 11 və 12 oktyabr tarixləri olmaqla iki fərqli gündə qəza ediblər. 

"Təəssüf ki, çərşənbə axşamı və çərşənbə günü təyyarə qəzaları olub. Təyyarələrimiz qəzaya uğrayıb. Bu, məhz Şişatsk icmasında baş verib. Əlavə məlumatı şərh edə bilmərəm. Müdafiə Nazirliyindən məlumat gözləyirik, məlumat alanda nə olduğunu başa düşəcəyik", o bildirib. 

Lunin həlak olan hərbçilər haqqında məlumat verməsə də, hadisədə mülki vətəndaşlardan ölən və xəsarət alanın olmadığını qeyd edib. 

Ağarza Elçinoğlu