Astanada keçirilən Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Asiya Sammitində dövlət başçılarına verilən qablaşdırılmış suyun adı diqqət çəkib. 

"Unikal" KazTAG agentliyinə istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Qasım Jomart Tokayevin mətbuat xidmətinin dərc etdiyi fotolara əsasən, prezidentlərə "Turan" adlı qablaşdırmalarda su verilib. 

Bildirilib ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Qırğızıstan rəhbəri Sadir Japarov bu sudan imtina edib. 

Kadrlarda Putinin yanına Fransız suyunun qoyulduğu görünür. Japarov isə Qırğızıstanda istehsal olunan "Tyan-Şan Legenq" markalı suyu seçib.

Ağarza Elçinoğlu