Sanksiyalara görə balerinalar keyfiyyətli ayaqqabısız qalıb. 

"Unikal" xəbər verir ki,bunu Rusiya Böyük Teatrın baş direktoru Vladimir Urin deyib. 

Dövlət Dumasında idxalın əvəzlənməsi ilə bağlı geniş iclasda Urin qeyd edib ki, Rusiya hələlik xarici mallardan tam imtina edə bilməz. 

"Məsələn, onlar bizə məşhur balet ayaqqabılarının partiyasını almağa icazə vermək üçün sorğu göndərdilər, çünki Rusiyada yüksək keyfiyyətli balet ayaqqabıları yoxdur, biz onları istehsal etmirik. Sorğu göndərəndən üç ay sonra rədd cavabı aldıq. Biz teatra lazım olan ayaqqabıları ala bilmirik, balerinalar ayaqqabısız qalıb", - Böyük Teatrın baş direktoru deyib.

O, satınalma və idxalın əvəzlənməsi məsələlərini həll etmək üçün Dövlət Dumasında işçi komissiyanın yaradılmasına çağırıb. Deputatlar onun təşəbbüsünü bəyəniblər.

Ağarza Elçinoğlu