"“Türk axını” qaz kəmərində təxribat törətməyi planlaşdıran diversantlar saxlanılıb və həbs edilib".

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib. 

"Onlar artıq "Türk axını"na müdaxilə ediblər. Təxribatçılardan bir neçə nəfər həbs edilib, ərazimizdə obyektimizi partlatmaq istəyiblər", - o deyib.

Peskov vurğulayıb ki, “bu, funksional vəziyyətdə qalan, tam yüklənmiş, saat kimi işləyən marşruta müdaxilədir”. O, həmçinin qeyd edib ki, “bu işdə müəyyən qüvvələr var, Putin bu qüvvələrin mümkün mənşəyi ilə bağlı eyhamlar verib. Bu eyhamları şərh etmək sizin ixtiyarınızdadır", - Kreml sözçüsü vurğulayıb.

Gültəkin