İraqın Nümayəndələr Şurası (parlament)  Əbdüllətif Rəşidi ölkənin yeni prezidenti seçib.

"Unikal" xəbər verir ki, bu barədə İraqın “Rudau” telekanalı məlumat yayıb.

Gizli səsvermənin ikinci turunda o, son ana qədər - İraqın hazırkı prezidenti olan rəqibi Bərham Salehdən daha çox səs toplayıb.

Saleh səsvermənin yekun nəticələrini gözləmədən parlament binasını tərk edib. 

Gültəkin Ələsgər