Ukraynada Rusiya ilə genişmiqyaslı müharibə nəticəsində ümumilikdə 437 uşaq ölüb, 839-dan çoxu yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

"Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1276-dan çox uşaq xəsarət alıb. Hadisə nəticəsində 437 uşaq ölüb, 839-dan çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - deyə məlumatda bildirilir.