“Rusiya Federasiyası və Türkiyənin Suriya üzrə Soçi Memorandumunun həyata keçirilməsinə yanaşmalarında müəyyən nüanslar və fikir ayrılıqları mövcuddur, lakin iki ölkə arasında münasibətlərin dostluq xarakteri onları açıq və konstruktiv müzakirə etməyə imkan verir”.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Rusiya Federasiyası və Türkiyənin Suriyadakı vəziyyətə və eyni Soçi memorandumu çərçivəsində öhdəlikləri yerinə yetirilməyən tərəfə yanaşmalarında müəyyən nüanslar var. Bu nüanslar və bəzən hətta fikir ayrılıqları iki prezident tərəfindən dəfələrlə müzakirə olunub”, o, Türkiyə prezidentinin Rusiyanın 2019-cu il razılaşmasına uyğun olaraq Suriya ərazilərini silahlı YPG/PKK qruplarından təmizləmək öhdəliyini yerinə yetirməməsi ilə bağlı bəyanatını şərh edərkən bildirib.

D.Peskov onu da əlavə edib ki, Türkiyə ilə münasibətlərin dostluq və tərəfdaşlıq xarakteri bu fikir ayrılıqlarını açıq və konstruktiv müzakirə etməyə imkan verir.

Gültəkin Ələsgər