Türkiyə Suriyanın şimal bölgələrini atəşə tutmağa davam edir. 

"Unikal" "France-Presse" agentliyinə istinadən xəbər verir ki, dünən Türkiyənin pilotsuz təyyarəsindən atılan raketlərdən biri Rusiyanın Suriyanın şimalındakı hərbi bazalarından birinə düşüb.

Rəsmi Moskva hələlik bu məlumatı şərh etməyib.

Dünən Əl-Qataniya bölgəsindəki neft quyuları, eləcə də Haseke şəhərindəki elektrik stansiyası da Türkiyə zərbələrinin hədəfinə çevrilib.

Ağarza Elçinoğlu