Adananın Kozan rayonunda kənd təsərrüfatı işçilərini daşıyan traktor aşıb. 

"Unikal" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, iki qoşqu ilə hərəkət edən vasitənin aşması nəticəsində biri ağır olmaqla 35 işçi yaralanıb.

Qəza yerinə çoxlu sayda təcili yardım maşınları göndərilib. Yaralılardan bəziləri təcili yardım, bəziləri isə avtomobillərlə Kozan Dövlət Xəstəxanasına və özəl xəstəxanaya aparılıb. 

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Ağarza Elçinoğlu