Dekabrın 9-da Rusiyanın əsas qaz ixracı şirkəti olan "Qazprom" Çinə gündəlik qaz tədarükü üzrə yeni rekorda imza atıb. 

"Unikal" xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, proses "Sibirin gücü" qaz kəməri ilə həyata keçirilir. 

Bildirilir ki, şirkət qaz alqı-satqısı müqaviləsi üzrə müəyyən edilmiş öhdəlikləri 16,4 faiz artıqlaması ilə yerinə yetirib.

Ağarza Elçinoğlu