2022-ci il üçün Nobel Sülh Mükafatı Osloda təqdim olunub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, mükafatlartı Nobel Komitəsinin sədri Berit Reiss-Andersen təqdim edib. 

Onun sözlərinə görə, builki Sülh Mükafatı laureatlarının hər üçü sülhün əldə edilməsi və qorunmasında vətəndaş cəmiyyətinin mühüm rolunu təcəssüm etdirir.

Belarus, Rusiya və Ukraynadan olan hüquq müdafiəçiləri 2022-ci ilin laureatları olub: "Norveç Nobel Komitəsi Ales Byalyatsky, Memorial və Vətəndaş Azadlıqları Mərkəzini bu çox çətin vaxtlarda sülh və insan ləyaqətinə verdiyi töhfələrə görə fəxrlə təltif edir".  

Ağarza Elçinoğlu