İranda növbəti parlament seçkilərinin vaxtı açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə İranın Daxili İşlər Nazirliyi açıqlama yayıb. 

Məlumata görə, 12-ci çağırış parlament seçkiləri 2024-cü il martın 2-də keçiriləcək. 

İranda parlament seçkiləri dörd ildən bir keçirilir.

Xatırladaq ki, sonuncu seçkilər 2020-ci ilin fevralında baş tutub. 

Ağarza Elçinoğlu