Ermənistanın baş naziri Nikol Paşinyan hakim partiyanın üzvləri ilə qapalı görüş keçirib.

"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə Laçın dəhlizi məsələsi müzakirə edilib. 

"Paşinyan komanda yoldaşlarına bildirib ki, onlar müxtəlif ölkələrin strukturları ilə əlaqə saxlayırlar, lakin heç kim dəhlizin açılması ilə bağlı konkret və aydın təminat vermir", - məlumatda deyilir. 

Rusiya Federasiyasının vasitəçilik missiyasına gəlincə, Paşinyan bu barədə də aydın heç nə deməyib.

Ağarza Elçinoğlu