Türkiyənin Şanlıurfa bölgəsində mikroavtobus suvarma kanalına düşüb. 

"Unikal" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə günorta saatlarında Harran bələdiyyəsində baş verib. 

Hadisə nəticəsində 9 nəfər ölüb. Xilasetmə qrupları bir nəfəri yaralı halda xəstəxanaya çatdırıb. 

Ərazidə xilasetmə işləri davam edir. Faktla bağlı araşdırma aparılır. 

Ağarza Elçinoğlu