Rusiya Xarici İşlər Nazirliyi İstanbuldakı Birgə Koordinasiya Mərkəzində (JCC) taxıl müqaviləsinin yüklərini yoxlayan rusiyalı mütəxəssislərin taxıl daşıyan gəminin ambarlarında tüstüdən zəhərləndiyini bildirib.

"Unikal" xəbər verir ki, 3 nəfər xəsarət alıb.

"Bəzi gəmilər lazımi yoxlamalardan dərhal keçmir, o cümlədən malların daşınması üçün sənədlərin düzgün tərtib olunmaması və anbarlarda yüksək səviyyədə fumiqasiyaya görə zəhərləniblər" - Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.

Nazirlik ölkə nümayəndələrinin prosedur və qaydalara uyğun hərəkət etdiyini açıqlayıb. Bu, yoxlama üçün qrupların sayına da aiddir. Xarici İşlər Nazirliyi əlavə edib ki, hər gün müqavilədə iştirak edən tərəflərin hər birindən iki müfəttişdən ibarət üç qrup gəmiləri yoxlamaq üçün çıxır.