Rusiyanın paytaxtı Moskvada Şərq İnzibati Dairəsində yerləşən hərbi hissədə yanğın baş verib.

"Unikal" xəbər verir ki, bu barədə "Baza" telegram kanalı məlumat yayıb. Bildirilir ki, yanğın bölmənin ərazisində yerləşən qaraj qutularında qeydə alınıb. 

Yanğının sahəsi 200 kvadratmetrə yaxın olub. Hadisə nəticəsində ölən olmayıb.

Gülayə  Mecid